...

Almaniyada dəmir yollarında qatarlar ləngiyir - SƏBƏB?

Dünya xəbərləri Materials 19 İyun 2017 16:37 (UTC +04:00)
Almaniya polisi dəmir yollarında baş vermiş 12 yanğın hadisəsi ilə bağlı araşdırmalara başlayıb
Almaniyada dəmir yollarında qatarlar ləngiyir - SƏBƏB?

Bakı. Trend:

Almaniya polisi dəmir yollarında baş vermiş 12 yanğın hadisəsi ilə bağlı araşdırmalara başlayıb.

Trend-in məlumatına görə, Leyptsiq, Drezden, Hamburq, Berlin və Dortmundda baş vermiş yanğınlarla əlaqədar qatarların hərəkətində ləngimələr qeydə alınıb.

Qeyd olunur ki, yanğınlar yollardakı siqnal qurğularına və kabellərə ziyan vurub.

Hüquq-mühafizə orqanları bu yanğınların bir-biri ilə əlaqəli olduğunu istisna etmir.

Xəbər lenti

Xəbər lenti