...

Aprelin sonundan Yəməndə vəba epidemiyasından mindən artıq insan ölüb

Dünya xəbərləri Materials 20 İyun 2017 07:17 (UTC +04:00)
Aprel ayının sonundan Yəməndə vəba epidemiyasından 1146 nəfər həlak olub
Aprelin sonundan Yəməndə vəba epidemiyasından mindən artıq insan ölüb

Trend-i buradan izləyin

Bakı. Trend:

Aprel ayının sonundan Yəməndə vəba epidemiyasından 1146 nəfər həlak olub.

Trend-in məlumatına görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəsmi "Twitter" hesabında yazılıb.

Məlumatda deyilir ki: "2017-ci il 27 aprel tarixindən Yəməndə 166 976 nəfərdə vəba epidemiyası qeydə alınıb və 1146 nəfər bu epidemiyadan dünyasını dəyişib".

Yəməndə vəba epidemiyası təhlükəsi barədə ilk dəfə 2016-cı ilin oktyabrında ölkənin səhiyyə orqanları tərəfindən elan olunub. ÜST-ün məlumatına əsasən, yoluxma riskinin yüksək olduğu bölgələrdə ümumilikdə 7,6 milyon insan yaşayır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti