...

Venesuelada etiraz aksiyalarında ölənlərin sayı 75-ə çatıb

Dünya xəbərləri Materials 23 İyun 2017 07:14 (UTC +04:00)
Venesuelanın paytaxtı Karakasda etiraz aksiyası zamanı daha bir nəfər həlak olub
Venesuelada etiraz aksiyalarında ölənlərin sayı 75-ə çatıb

Bakı. Trend:

Venesuelanın paytaxtı Karakasda etiraz aksiyası zamanı daha bir nəfər həlak olub.

Trend-in məlumatına görə, ölən şəxs 22 yaşlı gənc David Vallenilla olduğu və onun odlu silahla vurulduğu bildirilir. Gənc xəstəxanaya çatdırılsada, əməliyyat zamanı dünyasını dəyişib.

Beləliklə, Venesuelada son 3 ay ərzində etiraz aksiyaları zamanı ölənlərin sayı 75 nəfərə çatıb.

Qeyd edək ki, Venesuelada kütləvi etirazlar, Ali Məhkəmə tərəfindən müxalifət milli assambleyasının səlahiyyətlərinin ciddi məhdudlaşdırmasından sonra başlayıb. Qərar sonradan ləğv olunsada, müxalifət tərəfdarları etiraz aksiyalarını davam etdirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti