Bakı. Trend:
Türkiyənin Balıkəsir əyalətinin Susurluk rayonunda sərnişin avtobusu aşıb.
Trend-in Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, avtobusun aşması nəticəsində 1 nəfər həlak olub, 45 nəfər isə yaralanıb.
Məlumata əsasən, yaralananlar yaxınlıqdakı xətəxanalara çatdırılıblar. Qəzanın səbəbi barədə məlumat verilmir.