...

Ərdoğan: Türkiyə Suriyanın şimalında daha bir hərbi əməliyyat keçirməyə hazırdır

Dünya xəbərləri Materials 28 İyun 2017 07:31
Türkiyənin sərhədlərinə təhlükə yaranarsa, Türkiyə Suriyanın şimalında daha bir hərbi əməliyyat keçirməyə hazırdır
Ərdoğan: Türkiyə Suriyanın şimalında daha bir hərbi əməliyyat keçirməyə hazırdır

Trend-i buradan izləyin

Bakı. Trend:

Türkiyənin sərhədlərinə təhlükə yaranarsa, Türkiyə Suriyanın şimalında daha bir hərbi əməliyyat keçirməyə hazırdır.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan "İzvestiya" qəzetinə deyib.

"Hazırda Suriyada neqativ proseslər gedir. Əgər bu bizim sərhədlərimizə təhlükənin yaranmasına gətirib çıxararsa, biz "Fərat qalxanı" əməliyyatındakı kimi reksiya verəcəyik", - Ərdoğan deyib.

Qeyd edək ki, “Fərat qalxanı” əməliyyatı İŞİD terror qruplaşmasına qarşı ötən ilin avqust ayında başlayıb. Mart ayının sonunda Türkiyənin baş naziri Binəli Yıldırım əməliyyatın uğurla başa çatdığını bəyan edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti