...

Ərdoğanın müşaviri: ABŞ Türkiyə ilə sərhəddə dövlət yaratmaq istəyir

Dünya xəbərləri Materials 3 İyul 2017 16:14 (UTC +04:00)
ABŞ və Avropa İttifaqı PKK, Gülən hərəkatı və İŞİD kimi müxtəlif terror cərəyanlarını açıq şəkildə dəstəkləyir.
Ərdoğanın müşaviri: ABŞ Türkiyə ilə sərhəddə dövlət yaratmaq istəyir

Bakı. Trend:

ABŞ və Avropa İttifaqı PKK, Gülən hərəkatı və İŞİD kimi müxtəlif terror cərəyanlarını açıq şəkildə dəstəkləyir. Bu fəaliyyət Türkiyə üçün açıq-aşkar təhdiddir.

Trend-in məlumatına görə, bunu Türkiyə Prezidentinin baş müşaviri Yalçın Topçu deyib.

O qeyd edib ki, hazırda ABŞ öz hərbi və kəşfiyyat gücündən istifadə edərək Türkiyə ilə sərhəddə Suriya ərazisində dövlət yaratmaq istəyir.

Baş müşavir əlavə edib ki, hazırda Almaniya da PKK, PYD və Fəthullah Gülən terrorçu hərəkatını açıq şəkildə dəstəkləyir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti