...

Türkiyənin Qətərdəki hərbi bazası ilə bağlı Ankaradan yeni AÇIQLAMA

Dünya xəbərləri Materials 3 İyul 2017 19:29 (UTC +04:00)
Ankara Qətər ətrafında gərgin siyasi vəziyyətə rəğmən bu ölkədə hərbi heyətini saxlamaqda davam edəcək.
Türkiyənin Qətərdəki hərbi bazası ilə bağlı Ankaradan yeni AÇIQLAMA

Bakı. Trend:

Ankara Qətər ətrafında gərgin siyasi vəziyyətə rəğmən bu ölkədə hərbi heyətini saxlamaqda davam edəcək. Trend-in məlumatına görə, bunu Türkiyə baş nazirinin müavini Numan Kurtulmuş deyib.

Baş nazirin müavini qeyd edib: "Türkiyənin Qətərdə hərbi bazası yalnız Qətərin deyil, ümumilikdə regionun təhlükəsizliyi baxımdan mühümdür. Türkiyənin orada hərbi iştirakı davam edəcək".

N.Kurtulmuş daha sonra əlavə edib ki, Qətər böhranı dərin köklərə malik bir problem deyil, süni yaradılıb, 13 ərəb ölkəsinin Qətərə qarşı tələbləri isə "müstəqil ölkə üçün qəbuledilməzdir".

Xəbər lenti

Xəbər lenti