...

Liviya sahillərində 35 miqrant itkin düşüb

Dünya xəbərləri Materials 9 İyul 2017 05:31 (UTC +04:00)
Qayığın qəzaya uğraması nəticəsində Liviya sahillərində 35 miqrant itkin düşüb
Liviya sahillərində 35 miqrant itkin düşüb

Bakı. Trend:

Qayığın qəzaya uğraması nəticəsində Liviya sahillərində 35 miqrant itkin düşüb.

Trend-in "France Press"ə istinadən verdiyi məlumata görə, itkin düşmüş miqrantlar arasında 7 uşaq olub. Sahil mühafizəsinin nümayəndəsinin sözlərinə görə, 85 miqrant xilas edilib.

Qeyd edək ki, Beynəlxalq Miqrasiya Təşkilatının məlumatına əsasən, bu il Avropaya dəniz yolu ilə 54 minə yaxın miqrant keçib, 1316 miqrant isə Aralıq dənizini keçməyə cəhd göstərərkən həlak olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti