...

Braziliyanın sabiq prezidenti 9,5 il həbs cəzasına məhkum olunub

Dünya xəbərləri Materials 12 İyul 2017 23:30 (UTC +04:00)
Braziliya məhkəməsi ölkənin sabiq prezidenti Luis İnasiu Lulu da Silvanı korrupsiya ittihamı ilə 9,5 il həbs cəzasına məhkum edib
Braziliyanın sabiq prezidenti 9,5 il həbs cəzasına məhkum olunub

Bakı. Trend:

Braziliya məhkəməsi ölkənin sabiq prezidenti Luis İnasiu Lulu da Silvanı korrupsiya ittihamı ilə 9,5 il həbs cəzasına məhkum edib.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, sabiq prezidentə qarşı beş korrupsiya ittihamları irəli sürülüb.

Qeyd edək ki, bu ilin mayında Braziliya müstəntiqləri San-Paulu ştatında sabiq prezidentə məxsus olduğu ehtimal edilən və dövlət vəsaiti hesabına tikilmiş malikanə aşkar etmişdilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti