Bakı. Trend:
Meksikanın İdalqo ştatında dünən gecə 11 nəfərin ölümü ilə nəticələnən kütləvi qətl səbədləri müəyyən edilib.
Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu haqda ştatın prokuroru Xavyer Ramiro Lara deyib.
Onun sözlərinə görə, münaqişə cinayətkarlar arasında münasibətlərin aydın edilməsi zəminində baş verib. Münaqişədə iştirak edən tərəflərdən biri qisas almaq məqsədilə kütləvi qətl törədib.
Qeyd edək ki, hücum nəticəsində 7 kişi və 4 qadın, ümumilikdə 11 nəfər həlak olub.