...

Çində yağışlar kəsmir - 48 mindən çox adam təxliyə edildi

Dünya xəbərləri Materials 14 Avqust 2017 14:15 (UTC +04:00)

Bakı. Trend:

Çinin mərkəzi Xunan vilayətinə yağan aramsız yağışlar yerli hakimiyyəti 48 mindən çox adamı təxliyə etməyə məcbur edib.

Trend-in məlumatına görə, son 3 gündə bu ərazilərdə kəskin hava şəritindən təxminən 530 min adam ziyan çəkib, 3 nəfər ölüb, 1 nəfər itkin düşüb.

Təxminən minə yaxın yaşayış evinə, 27 min hektardan çox əkin yeri ziyan dəyib.

Güclü yağışlar çaylarda suyun səviyyəsinin 7 metrə qədər qalxmasına səbəb olub, onlarla ev su altında qalıb.

Meteoroloqların proqnozlarına görə, belə yağışlar vilayətdə hələ avqustun 15-ə qədər davam edəcək.

Xəbər lenti

Xəbər lenti