...

Türkiyədə telekanal və radiolar satışa çıxarıldı - SİYAHI

Dünya xəbərləri Materials 14 Avqust 2017 10:59 (UTC +04:00)
Türkiyədə 10-dan çox telekanal və radio şirkəti satışa çıxarılıb.
Türkiyədə telekanal və radiolar satışa çıxarıldı - SİYAHI

Bakı. Rufiz Hafizoğlu - Trend:

Türkiyədə 10-dan çox telekanal və radio şirkəti satışa çıxarılıb.

Bu barədə Trend Türkiyənin Dövlət Əmanətlərin Sığortalanması Fonduna (TMSF) istinadən məlumat verir.

Satışa aşağıdakı telekanal və radiolar çıxarılıb:

"Azadi Amed Radyo-Azadi TV", "Jiyan TV", "Kanal Otuzbeş", "Hira TV", "Radyo Mehtap", "Radyo Küre", "Mc TV", "Samanyolu Haber", "Samanyolu Haber Radyosu", "Samanyolu TV", "Burç Fm", "Mehtap TV", "Sem Haber Ajansı", "Haber Radyo Ege", "Tuna Shopping TV", "Yumurcak TV" və "DünyaTV"

Telekanal və radioların satışa çıxarılması səbəbi hələ bildirilmir.

Xatırladaq ki, bundan öncə "Samanyolu Haber", "Samanyolu Haber Radyosu", "Samanyolu TV" və "Burç Fm" Türkiyədə dövlət çevrilişinə cəhddə ittiham olunan Fəthullah Gülən hərəkatının ideyalarının təbliğində təqsirləndirilirdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti