...

Misirdə turist kateri qəzaya uğradı

Dünya xəbərləri Materials 15 Avqust 2017 15:46 (UTC +04:00)
Misirin kurort şəhəri Hurqada sahillərində Qırmızı dənizdə kater qəzaya uğrayıb.
Misirdə turist kateri qəzaya uğradı

Bakı. Trend:

Misirin kurort şəhəri Hurqada sahillərində Qırmızı dənizdə kater qəzaya uğrayıb. Trend-in məlumatına görə, qəzaya uğrayan katerdən 25 xarici turist təxliyə edilib.

Məlumata görə, yaranmış qüsur səbəbindən katerə su dolmağa başlayıb. Həyəcan siqnalı çalınca yaxınlıqda olan digər turist katerlərinin köməyə gəlməsi təlafatın qarşısını alıb.

Xəbər lenti

Xəbər lenti