...

İspaniyada terror aktları ilə bağlı axtarışda olanların hamısı öldürülüb

Dünya xəbərləri Materials 19 Avqust 2017 00:32 (UTC +04:00)
İspaniyada terror aktları ilə bağlı axtarışda olan 4 nəfər öldürülüb
İspaniyada terror aktları ilə bağlı axtarışda olanların hamısı öldürülüb

Bakı. Trend:

İspaniyada terror aktları ilə bağlı axtarışda olan 4 nəfər öldürülüb.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, öldürülənlərin Yunes Abuyaqub, Musa Oukabir, Said Aallaa və Məhəmməd Hiçami olduqları bildirilir.

Məlumata əsasən, bundan əlavə terror aktları ilə bağlı 3 Mərakeşli və 1 Meliliyalı saxlanılıb.

Qeyd edək ki, avqustun 17-si axşam saatlarında İspaniyanın Barselona şəhərində terrorçu mikroavtobusu insanların üzərinə sürüb. Hadisə şəhərin mərkəzində, Rambla küçəsində qeydə alınıb. Bundan bir neçə saat sonra Barselonadan 120 kilometr aralıda yerləşən Kambrilsedə daha bir terrorçu furqonu insanların üzərinə sürüb.

Terror aktları nəticəsində 15 nəfər ölüb, xəsarət alanların sayı 130 nəfərə çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti