ABŞ Rusiyada qeyri-miqrasiya vizalarının verilməsini dayandırır

Dünya xəbərləri Xəbər 21 Avqust 2017 14:00 (UTC +04:00)

Bakı. Trend:

ABŞ avqustun 23-dən bütün Rusiya üzrə qeyri-miqrasiya vizalarının verilməsini dayandırır.

Trend xəbər verir ki, bu barədə Birləşmiş Ştatların RF-dəki səfirliyinin məlumatında deyilir.

Buna səbəb kimi diplomatik missiyada əməkdaşların sayının azaldılması göstərilir.

Qeyri-müəyyən müddətə dayandırılan prosedur sentyabrın əvvəlindən, lakin yalnız Moskvada bərpa olunacaq.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti