Bakı. Trend:
Əfqanıstanın paytaxtı Kabildə ABŞ səfirliyi yaxınlığında partlayış baş verib.
Trend-in məlumatına görə, hadisə nəticəsində azı bir nəfər həlak olub.
Partlayış səfirliyin yaxınlığında yerləşən bankın girişində törədilib. Səkkiz nəfərin yaralandığı bildirilir.
Hadisə ilə bağlı hələlik məsuliyyəti üzərinə götürən olmayıb.