...

Rusiyadan Cənubi Koreyada ABŞ raket əleyhinə müdafiə sisteminin yerləşdirilməsinə cavab

Dünya xəbərləri Materials 4 Sentyabr 2017 15:07 (UTC +04:00)
Rusiya sərhədləri yaxınlığında THAAD raket əleyhinə müdafiə sisteminin qurulması Moskvanın hərbi müdaxiləsi məsələsini qaldıra bilər.
Rusiyadan Cənubi Koreyada ABŞ raket əleyhinə müdafiə sisteminin yerləşdirilməsinə cavab

Bakı. Trend:

Rusiya sərhədləri yaxınlığında THAAD raket əleyhinə müdafiə sisteminin qurulması Moskvanın hərbi müdaxiləsi məsələsini qaldıra bilər.

Trend "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Rusiya XİN-nin müavini Sergey Ryabkov deyib.

O, bildirib: "Bütün bunlar belə həyəcanverici templə baş verərsə, ehtimal ki, hansısa kontrbalansın yaradılmasında bizim də hərbi reaksiyamız qaçılmaz olacaq. Mən heç nəyi öncədən mühakimə etmək istəmirəm. Ancaq bəzi şeylər kontekstdən kənar qəbul edilə bilməz".

O, qeyd edib ki, Moskva ABŞ-ın bu planına qarşı öz mənfi münasibətini gizlətmir.

Qeyd edək ki, iyul ayında ABŞ və Cənubi Koreya Şimali Koreyanın ata biləcəyi ballistik raketlərdən müdafiə məqsədilə THAAD sistemini yerləşdirməklə bağlı razılığa gəliblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti