Bakı. Trend:
Rusiya aviasiyasının Deyr-əz-Zorda terrorçuların komanda məntəqələrinə zərbəsi nəticəsində İŞİD terror qruplaşmasının "hərb naziri" Qulmurod Halimov məhv edilib.
Trend xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Q.Halimovdan başqa, 3 səhra komandirinin də zərərsizləşdirildiyi bildirilir.
RF Hava Kosmik Qüvvələri zərbələri nəticəsində, həmçinin 40 döyüşçü məhv edilib.