...

Britaniyada kilsədə insanlara bıçaqla hücum edən şəxs saxlanılıb

Dünya xəbərləri Materials 10 Sentyabr 2017 19:46 (UTC +04:00)
Böyük Britaniyanın Birminqem şəhərində kilsədə qəsdən qətl törətməyə cəhddə şübhəli bilinən 46 yaşlı naməlum şəxs həbs edilib.
Britaniyada kilsədə insanlara bıçaqla hücum edən şəxs saxlanılıb

Bakı. Trend:

Böyük Britaniyanın Birminqem şəhərində kilsədə qəsdən qətl törətməyə cəhddə şübhəli bilinən 46 yaşlı naməlum şəxs həbs edilib.

Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu haqda rayonun polisi xəbər verib.

Məlumata görə, hadisə nəticəsində 33 yaşlı kişi xəsarət alıb. O, xəstəxanaya yerləşdirilib, vəziyyəti stabildir.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti