...

İtaliya təhlükə ilə üz-üzə - Çikunqunya virusu

Dünya xəbərləri Materials 20 Sentyabr 2017 15:43 (UTC +04:00)

Bakı. Orxan Nəbiyev - Trend:

İtaliyanın paytaxtı Romada və ətraf bölgələrdə Çikunqunya virusunun yayılması barədə xəbər verilib.

Trend-in məlumatına görə, son 10 gün ərzində bu xəstəliyin simptomları ilə bağlı xəstəxanalara 76 nəfər müraciət edib.

Təkcə son sutka ərzində bu virus 11 nəfərdə aşkar edilib.

Qeyd olunur ki, virusun aşkar edildiyi bölgələrdə dezinfeksiya işləri aparılıb.

Hazırda virusun Romada necə yayılması ilə bağlı araşdırma aparılır.

Qeyd edək ki, Çikunqunya virusu müəyyən ağcaqanad növünün sancması nəticəsində yayılır. Xəstəlik ilk dəfə 1950-ci illərdə Tanzaniyada aşkar edilib.

Xəbər lenti

Xəbər lenti