Bakı. Trend:
Karib dənizi üzərində tüğyan edən “Mariya” qasırğası nəticəsində Dominikada azı 7 nəfər həlak olub. Trend-in mıəlumatına görə, qasırğa adada böyük dağıntılara səbəb olub.
Dominikanın Baş naziri Ruzvelt Skerrit Harlinin sözlərinə görə, yağışla müşayiət olunan güclü külək nəticəsində elektrik şəbəkəsinə, xəstəxanaya böyük ziyan dəyib.
Qasırğa nəticəsində həlak olanların sayının artacağı istisna olunmur.