...

Karles Puçdemon: Yaxın günlərdə Kataloniya müstəqilliyini elan edəcək

Dünya xəbərləri Materials 4 Oktyabr 2017 16:59 (UTC +04:00)
Yaxın günlərdə İspaniyanın Kataloniya muxtar vilayəti müstəqilliyini elan edəcək.
Karles Puçdemon: Yaxın günlərdə Kataloniya müstəqilliyini elan edəcək

Bakı. Trend:

Yaxın günlərdə İspaniyanın Kataloniya muxtar vilayəti müstəqilliyini elan edəcək.

Trend-in məlumatına görə, bunu vilayətin rəhbəri Karles Puçdemon bəyan edib.

O, BBC-yə müsahibəsində qeyd edib ki, Kataloniya rəhbərliyi bu həftənin sonu və ya növbəti həftənin əvvəli müstəqillik üçün hərəkətə keçəcək: "Bir neçə gün ərzində müstəqilliyimizi elan edəcəyik".

K.Puçdemon mərkəzi hökumətin vəziyyətə müdaxilə edərək Kataloniyada nəzarəti ələ keçirəcəyi təqdirdə hansı addım atacaqları ilə bağlı suala belə cavab verib: "Bu, hər şeyi dəyişdirən bir xəta olar".

O, hazırda İspaniya hökuməti ilə Kataloniya hökuməti arasında heç bir təmas olmadığını açıqlayıb.

Qeyd edək ki, oktyabrın 1-də İspaniyanın Kataloniya vilayətində bölgənin müstəqilliyi haqqında qanunsuz referendum keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti