...

BMT-nin baş katibi İranla nüvə sazişinin qorunub saxlanılmasına ümid edir

Dünya xəbərləri Materials 14 Oktyabr 2017 07:12 (UTC +04:00)
BMT-nin baş katibi Antoniu Quterreş ABŞ prezidenti Donald Trampın İranın nüvə proqramına dair saziş barədə bəyanatlarından sonra, sazişin qorunub saxlanılmasına ümid edir
BMT-nin baş katibi İranla nüvə sazişinin qorunub saxlanılmasına ümid edir

Bakı. Trend:

BMT-nin baş katibi Antoniu Quterreş ABŞ prezidenti Donald Trampın İranın nüvə proqramına dair saziş barədə bəyanatlarından sonra, sazişin qorunub saxlanılmasına ümid edir.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bunu baş katibin rəsmi nümayəndəsi Stefan Cüjarrik bildirib.

O, bildirib: "Baş katib dəfələrlə bildirib ki, Birgə Hərtərəfli Fəaliyyət Planının (BHFP) qəbul edilməsi nüvə silahının yayılmaması rejiminin möhkəmlənməsi və qlobal sülh və təhlükəsizlik üçün mühüm nailiyyətdir. O ümid edir ki, BHFP qorunub saxlanacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti