Bakı. Trend:
Somalinin paytaxtı Moqadişuda partlayış nəticəsində ölənlərin sayı 189-a çatıb, 200-dən çox adam yaralanıb. Bu barədə Trend xarici KİV-lərə istinadən xəbər verir.
Partlayıcı ilə yüklənmiş yük maşını dünən paytaxtın Xodan rayonunda mehmanxana yaxınlığında partladılıb. Partlayışa görə məsuliyyəti hələ ki heç bir təşkilat üzərinə götürməyib.