...

Kabildə məscid partlayıb - 30 ölü

Dünya xəbərləri Materials 20 Oktyabr 2017 19:31 (UTC +04:00)
Əfqanıstanın paytaxtı Kabildə məsciddə terrorçu-kamikadze özünü partladıb.
Kabildə məscid partlayıb - 30 ölü

Bakı. Trend:

Əfqanıstanın paytaxtı Kabildə məsciddə terrorçu-kamikadze özünü partladıb.

Trend-in məlumatına görə, partlayışda 30 nəfər ölüb, 20 nəfər yaralanıb. Ölənlər arasında qadın və uşaqlar da var.

İkinci partlayış isə Qur əyalətində baş verib. Həmin partlayışda 10 nəfər ölüb. Terror hadisələrinə görə, məsuliyyəti heç bir qruplaşma üzərinə götürməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti