Bakı. Trend:
İslandiyadan 500 kilometr şimalda yerləşən Yan-Mayen adasında 5,2 bal gücündə zəlzələ baş verib.
Trend-in Avropa Aralıq dənizi Seysmoloji Mərkəzinə istinadən verdiyi məlumata görə, yeraltı təkanların episentri İslandiyanın paytaxtı Reykyavik şəhərindən 1017 kilometr şimal-şərqdə, ocağı isə 10 kilometr dərinlikdə yerləşib.
Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.