Təfərrüatlar əlavə olunub (ilk xəbər 01:28-də yayılıb)
Bakı. Trend:
Kiyevin mərkəzində baş verən partlayış nəticəsində 4 nəfər xəsarət alıb. Onların arasında Ali Radanın (parlament) deputatı da var. Qeyd olunur ki, onun mühafizəçisi ölüb.
"Hadisə yerində 5 nəfər xəsarət aldı. 30 yaşlı polis işçisi, deputat İqor Mosiyçukun mühafizəçisi aldığı yaralanmalardan öldü", deyə Ukrayna DİX-in saytında bildirilir.
X X X
Ukraynanın paytaxtı Kiyevdə partlayış nəticəsində 1 nəfər ölüb, 3 nəfər yaralanıb.
Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata əsasən, yaralananlar arasında deputat İqor Mosiyçuk da var. Hadisə "Espresso" telekanalının çıxışında baş verib.
Yaralananlar xəstəxanaya yerləşdirilib.