...

İstanbulda 52 mərtəbəli binada yanğın olub (VİDEO) (YENİLƏNİB)

Dünya xəbərləri Materials 26 Oktyabr 2017 14:36 (UTC +04:00)
Türkiyənin İstanbul şəhərində 52 mərtəbəli binada yanğın baş verib.
İstanbulda 52 mərtəbəli binada yanğın olub (VİDEO) (YENİLƏNİB)

Bakı. Trend:

Türkiyənin İstanbul şəhərinin Ataşehir rayonunda 52 mərtəbəli binada yanğın baş verib.

Trend-in məlumatına görə, yanğın binanın 15-ci mərtəbəsində qeydə alınıb.

Əsasən ofislərin yerləşdiyi binanın aşağı mərtəbəsindəkilər təxliyə olunub.

Yanğının havalandırma sistemində qaynaq işləri görülərkən baş verdiyi bildirilir.

Hadisə nəticəsində xəsarət alan olmayıb.

Yanğının binadakı ağıllı söndürmə sistemi sayəsində qarşısı alındığı deyilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti