...

Koalisiyanın Suriyaya və İraqa endirdiyi hava zərbələri nəticəsində 786 dinc sakin ölüb

Dünya xəbərləri Materials 26 Oktyabr 2017 22:02 (UTC +04:00)

Bakı. Trend:

ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiyanın 2014-cü ilin sentyabr ayından 2017-ci ilin sentyabrına qədər Suriyada və İraqda İŞİD terror qruplaşmasının mövqelərinə endirdiyi hava zərbələri nəticəsində 786 mülki şəxs həlak olub.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, 519 nəfərin ölüm xəbəri üzrə isə araşdırılma aparılır.

Bundan əlavə bildirilir ki, koalisiya qüvvələri bu vaxt ərzində İŞİD-in nəzarəti altında olan ərazilərin 95 faizini azad ediblər.

"2016-cı ilin oktyabrından 2017-ci ilin iyuluna qədər Mosul azad edilməsi əməliyyatında 1,2-1,5 min İraq hərbçisi həlak olub, 8 mini isə yaralanıb", - məlumatda deyilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti