Bakı. Trend:
Papua - Yeni Qvineyada 4,9 bal gücündə zəlzələ baş verib.
Trend-in Avropa Aralıq dənizi Seysmoloji Mərkəzinə istinadən verdiyi məlumata görə, yeraltı təkanların episentri Madanq şəhərindən 8 kilometr cənub-qərbdə, ocağı isə 107 kilometr dərinlikdə yerləşib.
Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.