...

Ermənistanda uşaq bağçasına hücum edən şəxs zərərsizləşdirilib (YENİLƏNİB)

Dünya xəbərləri Materials 30 Oktyabr 2017 21:17 (UTC +04:00)
Ermənistanın Armavir şəhərində bıçaqla silahlanmış şəxs uşaq bağçasına hücum edib
Ermənistanda uşaq bağçasına hücum edən şəxs zərərsizləşdirilib (YENİLƏNİB)

İlk xəbər saat 17:53-də yayımlanıb

Bakı. Trend:

Ermənistanın Armavir şəhərində bıçaqla silahlanmış şəxsin uşaq bağçasına hücum edən şəxs zərərsizləşdirilib. Trend-in məlumatına görə, onun girov saxladığı axırıncı, 3 yaşlı uşaq da xilas edilib.

XXX

Ermənistanın Armavir şəhərində bıçaqla silahlanmış şəxsin uşaq bağçasına hücumu ilə bağlı təfərrüatlar məlum olub. Trend-in məlumatına görə, ""RİA Novosti" agentliyi hücum edən şəxsin uşaq bağçasının direktorunun kürəkəni oluğunu qeyd edib.

Məlumata görə, həmin şəxs keçmiş həyat yoldaşı və uşağı ilə görüş istəyir. Hücum edən şəxs bağçanın əməkdaşlarını və uşaqların əksəriyyətini azad edib, amma bir uşağı girov saxlamaqda davam edir. Hazırda həmin uşağın azad olunması istiqamətində danışıqlar aparılır.

X X X

Ermənistanın Armavir şəhərində bıçaqla silahlanmış şəxs uşaq bağçasına hücum edib.

Trend-in "RİA Novosti" agentliyinə istinadən verdiyi məlumata görə, həmin şəxs uşaq bağçasının işçilərini və uşaqları girov saxlayır.

Hadisə nəticəsində xəsarət alanların olmadığı deyilir.

Hücum zamanı uşaq bağçasında nə qədər adam olduğu barədə məlumat verilməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti