Bakı. Trend:
Hindistanın Xaryana ştatında zavodda baş verən partlayış nəticəsində 15 nəfər xəsarət alıb.
Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, partlayışdan sonra yanğın başlayıb.
Hadisə Xisara şəhərinin yaxınlığında baş verib. Polisdə olan məlumata görə, bütün yaralananlar xəstəxanalara yerləşdirilib, onlardan 7-nin vəziyyəti kritik olaraq qiymətləndirilir.
Qeyd olunur ki, partlayış yağ sızması nəticəsində baş verib.