...

ABŞ, Cənubi Koreya və Avstraliya birgə hərbi-dəniz təlimlərinə başlayıblar

Dünya xəbərləri Materials 6 Noyabr 2017 08:51 (UTC +04:00)
ABŞ, Cənubi Koreya və Avstraliya Çedjou adasının yaxınlığında birgə hərbi-dəniz təlimlərinə başlayıblar
ABŞ, Cənubi Koreya və Avstraliya birgə hərbi-dəniz təlimlərinə başlayıblar

Bakı. Trend:

ABŞ, Cənubi Koreya və Avstraliya Çedjou adasının yaxınlığında birgə hərbi-dəniz təlimlərinə başlayıblar.

Trend-in məlumatına görə, təlimlər iki gün davam edəcək.

Təlimlərdə 4 gəmi iştirak edəcək: Cənubi Koreyanın mina gəmisi "Sejong", Amerikanın "Chafee" mina gəmisi və Avstraliyanın "Melburn" və "Parramatta" freqatları.

Təlimlərdə "P-3" sahil patrul təyyarələrinin və "MH-60" helikopterlərinin iştirakı da gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti