Bakı. Trend:
Zimbabvenin paytaxt küçələrində bu gün etiraz aksiyaları başlayıb. Trend-in məlumatına görə, uzun illərdir ölkəni idarə edən Robert Muqabe hakimiyyətindən narazı insanlar onun istefasını tələb edirlər.
Etirazçılar dinc nümayiş keçirirlər.
Qeyd edək ki, noyabrın 14-də axşam saatlarında hərbçilər ölkədə əsas obyektləri nəzarət altına alıblar. Növbəti gün Muqabe və onun xanımı Qreys saxlanılıb.
Bundan sonra R.Muqabe istefa verməyəcəyini və seçki keçirilməsini tələb edib.