...

"Quş qripi" bəlası qayıdır? - Ördək fermasında H5N6 aşkar edildi

Dünya xəbərləri Materials 20 Noyabr 2017 09:27 (UTC +04:00)
Koreya Respublikasında H5N6 "quş qripi" virusunun yüksək patogen forması aşkar edilib.
"Quş qripi" bəlası qayıdır? - Ördək fermasında H5N6 aşkar edildi

Bakı. Trend:

Koreya Respublikasında H5N6 "quş qripi" virusunun yüksək patogen forması aşkar edilib.

Trend-in məlumatına görə, bu barədə Koreyanın Ərzaq, Kənd Təsərrüfatı və Balıq Təsərrürfatı Nazirliyi xəbər verib.

Məlumatda deyilir ki, virus Koçxanqun rayonunda ördək fermasında qeydə alınıb. Tələf olan quş nümunələri üzərində aparılan araşdırma nəticəsində quşlarda H5N6 virusu aşkr edilib.

Ötən il bu virus səbəbindən Koreya Respublikasında 38 milyon quş öldürülmüşdu.

Nazirlik virusun qarşısının alınması məqsədilə ölkədə "quş qripi" təhlükəsinin yüksək səviyyəsini elan edərək xəbərdarlıq edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti