...

Tbilisinin meri Kaladze əməkhaqqı almır - SƏBƏB?

Dünya xəbərləri Materials 24 Noyabr 2017 15:09 (UTC +04:00)
Tbilisinin meri Kaxa Kaladze əməkhaqqını almayacaq və həmin pul xeyriyyəçilik işlərinə sərf olunacaq.
Tbilisinin meri Kaladze əməkhaqqı almır - SƏBƏB?

Bakı. Trend:

Tbilisinin meri Kaxa Kaladze əməkhaqqını almayacaq və həmin pul xeyriyyəçilik işlərinə sərf olunacaq. Trend-in məlumatına görə, bunu paytaxt Meriyasının mətbuat xidmətindən deyiblər.

Mətbuat xidmətindən bildiriblər ki, K.Kaladze artıq neçə illərdir ki, əməkhaqqından imtina edib və bu, yeni xəbər deyil: "O, energetika naziri olanda da əməhaqqı almırdı və pul sosial yardımlara sərf olunurdu".

K.Kaladzenin Gürcüstanın ən varlı simalarından biri olduğu bildirilir. Bəyənnaməyə əsasən onun hesabında 9,6 milyon dollardan çox vəsait var.

Xəbər lenti

Xəbər lenti