...

Almaniya Şimali Koreya ilə diplomatik əlaqələri kəsir?

Dünya xəbərləri Materials 30 Noyabr 2017 21:04 (UTC +04:00)
Almaniya hökuməti Şimali Koreya ilə diplomatik əlaqələrin məhdudlaşdırılması barədə qərar qəbul edib.
Almaniya Şimali Koreya ilə diplomatik əlaqələri kəsir?

Bakı. Trend:

Almaniya hökuməti Şimali Koreya ilə diplomatik əlaqələrin məhdudlaşdırılması barədə qərar qəbul edib. Trend-in məlumatına görə, bu barədə Almaniya XİN rəhbəri Ziqmar Qabriel bəyan edib.

Nazirin sözlərinə görə, bu, Şimali Koreyanın son ballistik raket sınağı ilə əlaqədar qəbul edilmiş qərardır.

Bu arada Almaniya xarici siyasət idarəsi artıq bir diplomatını Pxenyandan geri çağırdığnı da qeyd edib. Bununla belə, bildirilib ki, bu diplomat Almaniyanın Şimali Koreyadakı səfiri deyil.

Xəbər lenti

Xəbər lenti