...

Moskvaya uçan Türkiyə təyyarəsi məcburi eniş etdi

Dünya xəbərləri Materials 1 Dekabr 2017 12:38 (UTC +04:00)

Bakı. Trend:

Türkiyənin “Türk Hava Yolları” aviaşirkətinin təyyarəsi İstanbulda məcburi eniş etməli olub.

Trend-in məlumatına görə, buna səbəb təyyarədə qeydə alınan texniki qüsurlar olub. "Turkish Airlines" aviaşirkətinin mətbuat xidmətinin rəhbəri İsmail Vəlioğlunun sözlərinə görə, təyyarə Antalyadan Moskvaya uçuş həyata keçirirmiş.

Təyyərədən təxliyə edilən sərnişinlər 2 saatdan artıq gözləmə zalında qaldıqdan sonra başqa təyyarə ilə Moskvaya yola salınıblar.

Xəbər lenti

Xəbər lenti