...

Latın Amerikası sahillərində 9 tondan çox kokain aşkar edilib

Dünya xəbərləri Materials 15 Dekabr 2017 10:05 (UTC +04:00)
Kanada Hərbi Dəniz Qüvvələri CARIBBE narkotrafiklə mübarizə üzrə beynəlxalq əməliyyatı çərçivəsində ilin əvvəlindən 9 tondan çox kokainin Şimali Amerikaya keçirilməsinin qarşısını alıb.
Latın Amerikası sahillərində 9 tondan çox kokain aşkar edilib

Bakı. Trend:

Kanada Hərbi Dəniz Qüvvələri CARIBBE narkotrafiklə mübarizə üzrə beynəlxalq əməliyyatı çərçivəsində ilin əvvəlindən 9 tondan çox kokainin Şimali Amerikaya keçirilməsinin qarşısını alıb.

Trend-in məlumatına görə, bu barədə Kanada Milli Müdafiə Nazirliyinin kommünikesində deyilir.

298 milyon dollar dəyərində olan narkotiklər cari ilin fevralından dekabrınadək ABŞ Sahil xidmətinin gəmiləri ilə birgə reydlər zamanı Latın Amerikası sahillərində müsadirə olunub.

Qeyd edək ki, Kanada, ABŞ, Fransa, Böyük Britaniya, İspaniya və Niderland gəmi və təyyarələrinin cəlb olunduğu CARIBBE əməliyyatı 2006-cı ildən keçirilir.

Ümumilikdə son 11 il ərzində Kanada HDQ 83 ton narkotikin Cənubi, Mərkəzi və Şimali Amerika ölkələrinə keçirilməsinin qarşısını alıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti