Bakı. Trend:
Türkiyənin Çanaqqala vilayətində pişiklər üçün kənd salınacaq.
Trend-in məlumatına görə, burada təqribən 200 pişik yaşayacaq.
Kəndin ərazisinin 600 kv.m olacağı bildirilir. Burada heyvanlar üçün bunqalo görkəmində evciklər, yemək və su içmək yerləri də yaradılacaq.
"Hürriyyət" nəşri yazır ki, sığınacaqda sahibsiz və xəstə pişiklər yerləşdiriləcək. Arzu edən şəxslər onları evlərinə apara bilərlər.