...

Əfqanıstanda ard-arda iki partlayışda 40 ölü, 30 yaralı (YENİLƏNİB)

Dünya xəbərləri Materials 28 Dekabr 2017 11:28 (UTC +04:00)
Əfqanıstanın paytaxtı Kabildə törədilımiş iki partlayış nəticəsində azı 13 nəfər həlak olub.
Əfqanıstanda ard-arda iki partlayışda 40 ölü, 30 yaralı (YENİLƏNİB)

Bakı. Trend:

Əfqanıstanın paytaxtı Kabildə törədilmiş iki partlayış nəticəsində ölü və yaralı sayı artmaqdadır. Trend-in məlumatına görə, 40 nəfərin ölməsi, daha 30 nəfərin yaralanması barədə bildirilib.

X X X

Əfqanıstanın paytaxtı Kabildə törədilımiş iki partlayış nəticəsində azı 13 nəfər həlak olub.

Trend-in məlumatına görə, partlayışlardan biri məscid yaxınlığında baş verib.

Hadisə nəticəsində 50-dən çox şəxs xəsarət alıb. Bu partlayışı intiharçı-terrorçu həyata keçirib.

İkinci partlayış yerli mədəniyyət mərkəzinin yaxınlığında törədilib.

Partlayışlarla bağlı məsuliyyəti üzərinə götürən olmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti