Bakı. Trend:
Tacikistanda Yeni il bayramları zamanı bir neçə nəfər plovdan zəhərlənib.
Trend-in məlumatına görə, xəstəxanaya yerləşdirilən dörd nəfər sonradan həlak olub, daha bir neçə nəfərin vəziyyəti ağır olaraq qalır.
Aparılan araşdırmala nəticəsində məlum olub ki, zəhərlənməyə səbəb plova natrium-nitrat maddəsinin düşməsi səbəb olub.
Hazırda bu maddənin yeməyə necə düşməsi ilə bağlı araşdırma aparılır.
Qeyd edək ki, natrium-nitrat sənaye müəssisələrində gübrə kimi istifadə olunur.