Bakı. Trend:
ABŞ-a məxsus AH1 hərbi vertolyotu Yaponiyanın Okinava prefekturasında məcburi eniş edib. Trend-in məlumatına görə, hadisə ilə bağlı yerli polis xəbər yayıb.
Polisin verdiyi məlumata görə, məcburi eniş zamanı vertolyotda olanlardan xəsarət alan olmayıb.
Vertolyot yerli hotellərdən birinin yaxınlığında yerləşən tullantıları emal edən stansiyanın meydançasında eniş edib.
Qeyd edək ki, ötən şənbə ABŞ-a məxsis UH1 hərbi vertolyotu da Olkinavada məcburi eniş etmişdi.