...

Tramp Britaniyaya səfərini ləğv etdi: "Getməyəcəm və lenti kəsməyəcəm!"

Dünya xəbərləri Materials 12 Yanvar 2018 09:41 (UTC +04:00)

Bakı. Trend:

ABŞ prezidenti Donald Tramp Böyük Britaniyaya səfərini ləğv etdiyini bəyan edib.

Trend-in məlumatına görə, ABŞ prezidentinin fevralın sonunda Londonda səfirliyin yeni binasının açılışında iştirak etmək üçün Böyük Britaniyaya səfəri gözlənilirdi. KİV-lərdə onun bu səfəri ləğv edəcəyi barədə dəfələrlə məlumatlar yayılmışdı.

Nəhayət ki, D.Tramp "Twitter" səhifəsində qərarını açıqlayıb:

"Bəli, Londona səfərimi ləğv etdim, çünki Obama Administrasiyasının qərarlarını dəstəkləmirəm. Onlar Londonda səfirliyin əvvəlki binasını qəpik-quruşa satdılar, sonradan ucqar bir yerdə 1,2 milyard dollara yeni bina tikdilər. Pis qərardır. İstəyirsiniz indi yeni səfirliyin lentini kəsim? Yox, etməyəcəm!"

Xəbər lenti

Xəbər lenti