...

Ərəb dənizində helikopter qəzaya uğrayıb: 4 ölü

Dünya xəbərləri Materials 13 Yanvar 2018 20:35 (UTC +04:00)
Hindistanın qərb sahilləri yaxınlığında göyərtəsində 7 nəfərin olduğu helikopter qəzaya uğrayıb
Ərəb dənizində helikopter qəzaya uğrayıb: 4 ölü

Bakı. Trend6

Hindistanın qərb sahilləri yaxınlığında göyərtəsində 7 nəfərin olduğu helikopter qəzaya uğrayıb.

Trend-in məlumatına görə, Hindistan Hərbi Dəniz Qüvvələrinin "Twitter" səhifəsində insidentin yanvarın 13-də səhər saatlarında baş verdiyi bildirilir. Helikopterdə iki pilotdan başqa, Hindistanın neft və təbii qaz üzrə komissiyasının 5 əməkdaşı olub.

Helikopter havaya qalxdıqdan bir qədər sonra onunla əlaqə kəsilib. Xilasedicilər hadisədən bir neçə saat sonra Mumbay şəhərindən 50 kilometr uzaqlıqda helikopterin qalıqlarını aşkarlayıblar.

Hazırda qəza nəticəsində 4 nəfərin həlak olduğu təsdiqlənib, 3 nəfərin isə itkin düşdüyü bildirilir. Qəzanın səbəbləri məlum deyil.

Xəbər lenti

Xəbər lenti