...

Tripolidə toqquşmalar zamanı azı 20 nəfər həlak olub

Dünya xəbərləri Materials 16 Yanvar 2018 02:15 (UTC +04:00)
Liviyanın Tripoli şəhərində müxtəlif qruplaşmalar arasında toqquşmalar baş verib
Tripolidə toqquşmalar zamanı azı 20 nəfər həlak olub

Bkaı. Trend:

Liviyanın Tripoli şəhərində müxtəlif qruplaşmalar arasında toqquşmalar baş verib.

Trend-in "Associated Press"ə istinadən verdiyi məlumata görə, toqquşmalar nəticəsində azı 20 nəfər həlak olub, 63 nəfər isə yaralanıb. Ölən və yarlananlar arasında mülki şəxslərində olduğu bildirilir.

Bundan əlavə bildirilir ki, silahlı toqquşmalar nəticəsində Mitiqa beynəlxalq hava limanıda bağlanıb.

Məlumata əsasən, toqquşmalar yerli komandirlərdən birinin İŞİD və "Əl-Qaidə" ilə əlaqəli olan bir neçə şəxsi hava limanının yaxınlığında yerləşən həbsxanadan azad etmək istəməsindən sonra başlayıb. Lakin komandirə və onun silahlılarına "Xüsusi saxlama qüvvələri"ndən mühafizəçilər müqavimət göstərib.

Həbsxananı qoruyan "Xüsusi saxlama qüvvələri"nin nümayəndəsi bildirib ki, hazırda vəziyyət nəzarət altındadır və hücum edən şəxslərin bir neçəsi saxlanılıb. O qeyd edib ki, mühafizəçilərdən 4 nəfər həlak olub.

Xəbər lenti

Xəbər lenti