...

Bişkekdə anomal soyuq 15 nəfəri öldürüb

Dünya xəbərləri Materials 26 Yanvar 2018 11:29 (UTC +04:00)
Qırğızıstanın paytaxtı Bişkekdə yanvarın əvvəlindən etibarən kəskin soyuqlardan 15 nəfər həlak olub
Bişkekdə anomal soyuq 15 nəfəri öldürüb

Bakı. Trend:

Qırğızıstanın paytaxtı Bişkekdə yanvarın əvvəlindən etibarən kəskin soyuqlardan 15 nəfər həlak olub.

Trend-in məlumatına görə, paytaxtda və ölkənin digər bölgələrində anomal soyuqlar hökm sürür. Ölkə meteoroloqları bəzi günlərdə temperaurun -26 dərəcəyədək düşdüyü barədə məlumatlar yayıblar.

Qeyd olunur ki, hüquq-mühafizə orqanları müntəzəm olaraq küçələrdə reyd keçirərək donan sakinlərin olub-olmadığını müəyyənləşdirir. Bu reydlər zamanı 85 nəfər donmadan xilas edilərək sosial düşərgələrə yerləşdirilib.

Xəbər lenti

Xəbər lenti