Bakı. Trend:
İran-İraq sərhədində 4,4 bal gücündə zəlzələ baş verib.
Trend-in Avropa Aralıq dənizi Seysmoloji Mərkəzinə istinadən verdiyi məlumata görə, yeraltı təkanların episentri İraqın paytaxtı Bağdaddan 131 kilometr şimal-şərqdə və İranın İlam şəhərindən 62 kilometr qərbdə, ocağı isə 60 kilometr dərinlikdə yerləşib.
Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.