...

Rusiyada ən çox oğurlanan avtomobil - “Lada”, “Toyota” və...

Dünya xəbərləri Materials 12 Fevral 2018 12:23 (UTC +04:00)
Rusiyada 2017-ci il üzrə ən çox oğurlanan avtomobillərin siyahısı açıqlanıb
Rusiyada ən çox oğurlanan avtomobil - “Lada”,  “Toyota” və...

Bakı. Trend:

Rusiyada 2017-ci il üzrə ən çox oğurlanan avtomobillərin siyahısı açıqlanıb.

Trend-in məlumatına görə, ötən il Rusiyada ən çox “Lada” avtomobilləri qaçırılıb.

Bu şirkətin 5 756 avtomobili maşın oğrularının qurbanı olub. İkinci yerdə “Toyota” (3 797), üçüncü yerdə “Hyundai” (2 056) avtomobilləri qərarlaşıb.

Siyahıda həmçinin “Kia”, “Nissan”, “Chevrolet”, “Land Rover”, “Audi” və UAZ yer alıb.

Ümumilikdə, statistikaya əsasən 2017-ci il üzrə 34 minə yaxın avtomobil qaçırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti