Bakı. Trend:
ABŞ İŞİD üzərində qələbədən sonra İraqdakı qoşunların Əfqanıstana göndəriləcəyini təsdiq edib.
Trend-in məlumatına görə, bunu "RİA Novosti"yə Pentaqonun nümayəndəsi Erik Pehon bildirib.
E.Pehon qoşunların Əfqanıstana göndəriləcəyinə dair suala cavab verərkən deyib: "Bəli, bu belədir, amma mən dayişikliyin dəqiqliyi və sayı barədə danəşa bilmərəm".
Qeyd edək ki, daha əvvəl İŞİD ilə mübarizə üzrə ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiya İraqda qoşunların sayının azaldılacağını bildirmişdi.